Xidmətlər

VERTEX AUDİT və VERTEX CONSULTİNG komandası peşəkar maliyyə xidmətləri təklif edir. Biznesinizi peşəkarlara etibar edin!

Bütün xidmətlər

Sahələr

Müxtəlif sənaye sahələrində peşəkar maliyyə və məsləhət xidmətləri göstəririk.

Bütün sahələr

Xəbərlər

Vergi, mühasibatlıq və maliyyə sahəsində ən son yeniliklər və peşəkar məsləhətlər.

Bütün məqalələr

Haqqımızda

Şirkətimiz və komandamız haqqında qısa məlumat.

Şirkət haqqında

VERTEX AUDİT & VERTEX CONSULTİNG

VERTEX GROUP şirkətləri mühasibat uçotunun bərpası, aparılması və avtomatlaşdırılması, audit, vergi və maliyyə xidmətləri, tenderlərlə bağlı xidmətlərin görülməsi, kadrların uçotu xidmətləri, biznes planların hazırlanması, əmlakın və biznesin qiymətləndirilməsi, müəssisələrin təşkili, təkmilləşdirilməsi və yenidən təşkili üzrə peşəkar xidmətlər göstərir. Həmçinin şirkətin peşəkar mütəxəssisləri maliyyə və mühasibatlıq sahəsində rəhbər vəzifədə çalışanların sertifikatlaşdırılması üzrə Peşəkar Mühasib Sertifikatı imtahanın həyata keçirilməsi, sualların hazırlanması, yoxlanılması üzrə Dövlət İmtahan Mərkəzi PHŞ ilə əməkdaşlıq edirlər, konsaltinq xidmətlərini və bununla bağlı digər xidmətləri həyata keçirir.

Komandamız beynəlxalq və yerli kvalifikasiyalara, sertifikatlara malik, uzun müddət müxtəlif nazirliklərdə, komitələrdə və dövlət universitetlərində çalışmış, elmi dərəcələr almış və müxtəlif orden və medallarla təltif olunmuş və özəl sektorda ölkəmizin aparıcı holdinq-şirkətlərində rəhbər vəzifələrdə çalışmış, savadlı və çox böyük iş təcrübəsinə malik olan mütəxəssis heyətindən ibarətdir.

Çox peşəkar komandamız bank, sığorta, istehsal, emal, aqroparklar o cümlədən, kənd təsərrüfatı, ticarət, avtomobil satışı, lizinq xidməti, kino çəklilişi, mebel istehsalı, otel, səhiyyə, təhsil, idman, bina tikintisi, daşıma, əczaçılıq, ictimai iaşə, dağ-mədən sənayesi, informasiya texnologiyası sahəsində məşğul olan şirkətlər də daxil olmaqla 250-dən artıq özəl və dövlət təşkilatlarına müxtəlif maliyyə xidmətləri və məsləhət xidmətləri göstərir.

Komandamız müəssisələrdə 1C 8.3 proqramı üzərindən mühasibat uçotunun aparılması, uçotun qurulması, bərpası və avtomatlaşdırılması, vergi yoxlamalarına qədər müəssisənin mövcud vəziyyətinin analizi və yoxlamaya qədər vergi risklərinin minimallaşdırılması, vergi yoxlamalarında vergi ödəyicilərini təmsil etmək, vergi və digər dövlət orqanlarında xidmət göstərdiyimiz şirkətlərin maraq və hüquqlarının müdafiəsi kimi xidmətlər göstərir.

Təsərrüfat subyektlərində müqavilə əsasında könüllü və icbari auditin, o cümlədən maliyyə-təsərrüfat fəaliyyəti sahəsində audit yoxlamaların və illik maliyyə hesabatlarının auditinin aparılması, yazılı rəy verilməsi, daxili nəzarət sisteminin qurulması, sahibkarlıq subyektinin Nizamnamə kapitalında dəyişikliklərin təsdiqi, o cümlədən audit rəyinin verilməsini həyata keçirir.

Biznesin İnkişafı Fondunun və İpoteka və Kredit Zəmanəti Fondunun minimal tələblərinə uyğun, eləcə də UNİDO, TACİS və digər tələblərə cavab verən biznes-planların və biznes-konsepsiyaların hazırlanması həyata keçirir.

Sahibkarlıq subyektinin qeydiyyata alınması, müvafiq bank hesablarının açılması və bununla bağlı digər müvafiq işlərin həyata keçirilməsi, sahibkarlıq subyektinin monitorinq və inventarizasiya edilməsi, mövcud biznesin diaqnostikası, fəaliyyatının təkmilləşdirilməsi və xərclərinin optimallaşdırılması ilə bağlı təkliflər paketinin hazırlanması, fəaliyyəti qənaətbəxş hesab edilməyən müəssisə və ya təsərrüfatların sağlamlaşdırılması və səmərəli fəaliyyətinin yenidən təşkili üçün təkliflər paketinin hazırlanması xidmətlərini həyata keçirir.

Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsi və planlanmasına dair təkliflərin hazırlanması, sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən güzəştli kreditlər hesabına maliyyələşdirilməsi, zəmanət subsidiya, kreditlərin restruktirizasiyası, öhdəliklərin ötürülməsi, eləcə də qiymətləndirmə üzrə məsləhət xidmətlərinin göstərilməsi, Sənaye parkları, Aqroparklar, Təşviq Sənədi və dövlətin digər güzəştləri ilə bağlı təqdimatların hazırlanması və maarifləndirmə işlərinin həyata keçirilməsi, investisiya imkanlarının dəyərləndirilməsi, gəlirlərin və xərclərin maliyyə məqsədləri üçün idarə edilməsini həyata keçirir.

Daşınmaz əmlakın qiymətləndirməsi, daşınar əmlak və avadanlığın qiymətləndirməsi (o cümlədən maşın və nəqliyyat vasitələrinin), intellektual mülkiyyətin və qeyri-maddi aktivlərin qiymətləndirməsi, məhkəmə və arbitraj üçün qiymətləndirmə, iflas və ləğv prosesində qiymətləndirmə işlərini həyata keçirir.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq kadr uçotunun təşkili, ƏMAS üzərindən işçilərin işə qəbul edilməsi ilə bağlı əmək müqavilələrinin bağlanması və işdən azad olunan işçilərin əmək müqavilələrinə xitam verilməsi, işçilərin EHP (elektron hökümət portalında) rəsmi qeydiyyata alınması, ştat cədvəlinin, məzuniyyətlər qrafikinin tərtib edilməsi, şəxsi heyət üzrə işə qəbul, başqa işə keçirilmə, məzuniyyət, işdən çıxarılma əmrlərin tərtib edilməsini həyata keçirir.

Sahibkarlar üçün “xüsusi xidmətlər” o cümlədən, potensial investorların axtarılması, Road Show, prezentasiyaların təşkil olunması və keçirilməsi, investorlar ilə danışıqların aparılması və layihənin əsas parametrlərinin razılaşdırılması və kompleks sənədlərin, o cümlədən İnvestisiya Razılığının və digər kontraktların hazırlanması və imzalanması işinin təşkilini həyata keçirir.

Dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində şirkətin peşəkar mütəxəssisləri ictimai iştirakçılıq üzrə Dövlət Vergi Xidmətinin eksperti kimi fəaliyyət göstərir və vergi qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində öz layihələrini təqdim edir.

Həmçinin şirkətin peşəkar mütəxəssisləri maliyyə və mühasibatlıq sahəsində rəhbər vəzifədə çalışanların sertifikatlaşdırılması üzrə Peşəkar Mühasib Sertifikatı imtahanın həyata keçirilməsi, sualların hazırlanması, yoxlanılması üzrə Dövlət İmtahan Mərkəzi PHŞ ilə əməkdaşlıq edirlər.

Üstünlüklərimiz

Operativ dəstək

Mühasibat və vergi proseslərində qərarları gecikdirmirik, vaxtında dəstək veririk.

Peşəkar mütəxəssislər

Uzun müddət dövlət qulluğunda xidmət etmiş, təcrübəli, peşəkar mütəxəssislərimiz daim sizə xidmət göstərməyə hazırdır.

Vergi risklərinə nəzarət

Uyğunluq yoxlamalarını proaktiv aparır, riskləri azaltmaq üçün praktiki tövsiyələr veririk. şəffaflaşdırma və yeniliklərin tətbiqi.

Nəticəyə yönümlü nəzarət

Hesabatlılıq, audit və məsləhət yanaşmasını vahid prosesdə birləşdiririk. Nizamnamə kapitalında dəyişiklik və qiymətləndirmə xidmətləri.

Biznes konsepsiyaların hazırlanması.

Biznes planların hazırlanması, maliyyə planlaması, biznesin diaqnostikası, xərclərinin optimallaşdırılması, sağlamlaşdırılması üçün təkliflərin hazırlanması.

Nəyə inanırıq

Peşəkarlıq

Hər bir işi ən yüksək peşəkarlıq standartlarına uyğun yerinə yetiririk.

Etimad

Müştərilərimizlə şəffaf və dürüst münasibətlər qururuq.

Nəticə

Müştərilərimizin maliyyə sağlamlığı və biznes uğuru bizim əsas hədəfimizdir.