BAŞ MƏSLƏHƏTÇİ
Atik Kərimov
İqtisad elmləri doktoru, professor və bank işi üzrə mütəxəssisdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru olaraq, maliyyə, bankçılıq və qiymətli kağızlar sahəsində akademik fəaliyyətini davam etdirir.
Qiymətli kağızlar bazarı və bank fəaliyyəti ilə bağlı 70-dən çox elmi işin, 2 dərslik, 2 monoqrafiyanın müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə və “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
